Bunu Interpress.az-a hüquqşünas Əkrəm Həsənov bildirib.
Məşqçisinə isə həmin məbləğlərin yarısı. Cəmi 450 000 manat. O zaman 1 dollar 80 qəpik idi. Deməli, onlara 562 000 dollardan çox pul verilib:
\”Bu pullar geri qaytarılmalıdır. Üstəgəl 8 il ərzində bu puldan əsassız istifadəyə görə dövlətə dəyən zərərin əvəzi də tələb olunmalıdır. Mən hələ medal hesabına əldə edilə bilən digər rəsmi və qeyri-rəsmi gəlirləri demirəm. Bunu da araşdırmaq lazımdır. Məsələn, əgər medalçı sonradan yağlı dövlət vəzifəsinə sahib olaraq qaz vurub qazan doldurubsa, həmin qazanc da haram hesab edilərək əlindən alınmalıdır. Başqaları belə vəzifə tutub halal rüşvət almaq üçün min cür oyundan çıxmalı olur (mən hələ lazım olan yerlərə girib-çıxmağı demirəm), beləsi isə ağıllı çıxıb: bədəninə bir-iki dərman vurub yarışda dombalaq aşaraq hazıra nazir olub\”.
P.S. Bir neçə medaldan da məhrum olsaq, ən azı bu il dövlət büdcəsini doldurmaq olacaq (sahibkarlar da bir az nəfəs alar, yoxsa ilin sonu yaxınlaşdıqca büdcəni doldurmaq əzmi ilə vergi işçiləri yaman aktivləşib), bəlkə manatın devalvasiyasını da bir qədər durdurulacaq.
Gülşanə Mustafayeva
İnterpress.az