“Atalar cinayətə yol verir” –  Komitə sədribackend

“Atalar cinayətə yol verir” – Komitə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün \”Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız\” mövzusunda keçirilən tədbirdə deyib.

Erkən nikahlarla bağlı problemə toxunan komitə sədri deyib ki, əgər ata qızını ərə getməyə məcbur edirsə, o, artıq cinayətə yol verir:

“O, bir tərəfdən qanunvericiliyi, digər tərəfdən qızının hüquqlarını pozur. Bəzi valideynlər elə fikirləşirlər ki, uşaq onlarındırsa, kimə istəsələr, ərə verə bilərlər. Bu, tamamilə yanlış düşüncədir. Böyüklərin əsas məqsədi o olmalıdır ki, uşaqlarını sağlam mühitdə böyütsünlər”.

H.Hüseynova ailədaxili problrmlərə də toxunub. O deyib ki, bir çox hallarda valideyn-uşaqlar arasında olan münasibətlər bir çox hallarda düzgün qurulmur, onlar bir-birlərini başa düşmürlər.

İnterpress.az