Son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması D.Trampın ABŞ Prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da daha sonra Federel Ehtiyatlar Sisteminin uçot stavkasının artırılması ehtimalları avronu dəyərsizləşdirdi.
Interpress.az xəbər verirki, bunu avronun uculaşmasından danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib. \”FES-in uçot stavkasını artıracağı halda dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qisim investorlar valyuta səbətində dəyişiklik edilər ki, bu da avro təklifini artırır. İtaliyadakı seçkilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oyanmır. Bütövlükdə, mövcud qlobal iqtisadi reallıqlar fonunda noyabrın birinci yarısı avro üçün heç də düşərli olmadı. Valyuta ehtiyatlarımızın təxminən 30 faizinin avroda saxlanıldığını nəzər aldıqda Avropa pulunu ucuzlaşması Azərbaycana da təsirsiz ötüşmür. Bu eyni zamanda dolaysı olsa da valyuta bazarında dollara tələbi daha da artırır”.
Gülşanə Mustafayeva
İnterpress.az