İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT Baş Assambleyasının üçüncü komitəsi, Rusiya və digər ölkələrin hazırladığı \”İrqçilik, irqi ayrı-seçkilik və ksenofobiyanın müasir formalarına qarşı mübarizə haqqında\” qətnaməni qəbul edib.
Qeyd edək ki, 131 səhifəlik qətnaməyə qarşı üç ölkə çıxış edib: Palau, Ukrayna və Amerika Birləşmiş Ştatları, 48 ölkə bitərəf qalıb.
Qətnamədə nasizm və onların keçmiş üzvləri haqqında, eləcə də II Dünya müharibəsi qəhrəmanları abidələrini dağıtmamaq və təhqir etməmək kimi punktlar təqdim olunub.
BMT-nin üçüncü komitəsi bu tendensiya ilə qanun çərçivəsində mübarizə aparmağı qəbul edib.
İnterpress.az