Səhər saatlarında Bakının Binəqədi rayonunda İqtisadiyyat Universitetinə məxsus yataqxanada baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda yataqxananın 2-ci mərtəbəsində ümumi sahəsi 28 m2 olan 1 otağın eyvanının yanar konstruksiyalarının 6 m2 sahədə yandığı və yüksək temperaturdan 1 ədəd televizor əridiyi bildirilir. Otağın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.
Hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.
Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur. ( trend.az )
İnterpress.az