BMT: Mosuldan qaçanların sayı 3 dəfə artıbbackend

BMT: Mosuldan qaçanların sayı 3 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər veri ki, BMT-nin hesabatı son 3 həftədə qaçqınların sayının 3 dəfəyə yaxın artdığını göstərir. Belə ki, 22 minlik qaçqın göstərisi hazırda 60 mini ötüb.

BMT-nin rəqəmləri evlərindən didərgin düşənlərin yarısından çoxunun uşaqlar olduğunu göstərir. Digər yarının əksəriyyətini isə əsasən qadınlar və qızlar təşkil edir.
BMT-nin Humanitar Əlaqələrin Koordinasiyası İdarəsinin sözçüsü Cens Lerk deyib ki, qaçarkən yol üzərində bir çox təhlükələrlə qarşılaşan bu insanlar təhlükəsiz məkan axtarışındadır.

\”Onlar atışmalar, partlayıcı maddələr təhlükəsi ilə üz-üzə qalır. Onların İŞİD-in əlinə keçmək təhlükəsi də var\” – detə Lerk bildirir.

BMT-nin məlumatına görə, 40 mindən çox məcburi köçkün İraq hökumətinin təşkil etdiyi rəsmi düşərgələrdə sığınacaq tapın. Qurumun qaçqınlar üzrə agentliyi hazrda 6 düşərgə açaraq 14 min insanı qəbul edib. Bu düşərgələrdə 54600 qaçqının yerləşdirilməsinə şərait var. Minlərlə qaçqın isə hazırda qohumları ilə birgə, tikintisi tamamlanmamış binalarda sığınacaq tapıb.

İnterpress.az