İnterpress.az xəbər verir ki, Türkmənistan hakimiyyətinə yaxın şəxslər ticarət mərkəzini ələ keçirmək üçün onun hazırkı sahiblərini sıxışdırmağa başlayıblar.
Problem isə bundan ibarətdir ki, Aşqabad şəhər administrasiyası “Yimpaş”ın sahibləri ilə 2030-cu ilə qədər uzunmüddətli müqavilə bağlayıb. Qanuni əsaslarla ticarət mərkəzini ələ keçirə bilməyən hakim dairələr inzibati resurslarını işə salıblar.
Təchizatçılara bu ticarət mərkəzindəki mağazalara mal vermək qadağan edilib, “wi-fi” naqilsiz internet paylayıcıları müsadirə olunub, internet-kafe bağlanıb, girişdə dondurma, pop-korn satan xırda ticarətçilər qovulub. \”Yimpaş”ın rəsmi saytından verilən məlumata görə, ticarət mərkəzində 430 nəfər çalışır. Bu ticarət mərkəzi Türkmənistanda bu tipli ilk ticarət obyektidir. (virtualaz.org)
İnterpress.az