“France-Presse” agentliyinin verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.
R. T. Ərdoğan terrorçuluqda günahlandırılan və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.
İnterpress.az