İnterpress.az-ın “Al Watan” nəşrinə istinadən verdiyi məlumata görə, bunu bu gün Misir baş prokuroru Nabil Sadek açıqlayıb.
Baş prokuror deyib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir prezidentini öldürməyi planlaşdırıb. Sui-qəsd cəhdlərindən birinin əl-Sisinin Məkkədə ümrə (kiçik həcc) ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulub.
Misir Hərbi Prokurorluğunun istintaqını apardığı cinayət işi çərçivəsində onlarla insan saxlanılıb. (apa)
İnterpress.az