Lavrov Türkiyəyə gedirbackend

Lavrov Türkiyəyə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, belə bir açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavusoğlu çıxış edib.
M.Çavuşoğlunun sözlərinə görə, Lavrovun səfərində məqsəd 2017-ci ilin əvvəlində Türkiyə və Rusiya arasında keçiriləcək geniş tərkibli görüşə hazırlıqdır: “Sergey Lavrov bu dəfə Alanya bölgəsini ziyarət edəcək. Bu ərazi isə Türkiyədə rus turistlərin ən çox üz tutduğu ərazidir. Ümid edirik ki, bu ziyarət 2017-ci ildə Alanyanın turizm sektorunun inkişafına töhfə verəcək”.
M.Çavuşoğlu bildirib ki, Türkiyənin fərqli ölkə və bölgələrlə əməkdaşlığının biri digərinə alternativ deyil: “Türkiyə artıq Özbkistan vətəndaşlarına ölkəyə vizasız gəliş-gedişə icazə verib. Eyni addımı Özbəkistan da Türkiyə vətəndaşları ilə bağlı atacaq. Hazırda iqtisadiyyatı daha da inkişaf etdirmək Türkiyənin xarici siyasətində də nəzərə alınan amillərdəndir. Ölkəmiz xarici sərmayənin cəlbi və ticarət həcminin artırılması istiqamətində addımlarını davam etdirir”.

İnterpress.az