Pulsuz şaurma istəyən öldürüldübackend

Pulsuz şaurma istəyən öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, hadisə noyabrın 19-da baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, gündüz, bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib.
Qalmaqal səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.

Alıcının israr etdiyini görən satıcı- Azərbaycandan olan 26 yaşlı Aslan Sadıx ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb.

Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib. Polis hazırda cinayətkarı axtarır.

İnterpress.az