İnterpress.az xəbər verir ki, yeni prezidentin həyat yoldaşı Melaniya Tramp və oğlu Berron isə onu bu səfərdə müşayiət etməyəcəklər. Belə ki, onlar inaqurasiyadan sonra da Nyu-Yorkdakı villalarında qalmağı planlaşdırırlar.
ABŞ-ın birinci xanımının bu qərarı 10 yaşlı oğlunu depressiyaya salmaq və onun rahatlığını pozmaq istəmədiyinə görə verdiyi bildirilir.
Bundan əlavə, Donald Trampın ailəsinin təhlükəsizliyi üçün mühafizəçilərin sayını əvvəlkindən bir neçə dəfə artıracağı iddia olunur. (qafqazinfo)
İnterpress.az