İnterpress.az-ın məlumatına görə, Dövlət Dəniz Administrasiyasının bu təyinata qədərki mətbuat katibi Ərsalan Əliyev isə mətbuat katibi vəzifəsindən azad edilib.
Bununla belə, ona Dövlət Dəniz Administrasiyasında başqa vəzifə verilib. Belə ki, Ə.Əliyev Adminstrasiyada şöbə müdiri postuna təyinat alıb.
Qeyd edək ki, Ərsalan Əliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində nazir müavini olmuş general-mayor Elçin Əliyevin atasıdır. General Elçin Əliyev 2015-ci ilin noyabrında Azərbaycan prezidentinin sərəncamı ilə vəzifəsindən azad olunub.
Xatırladaq ki, Ərsalan Əliyev uzun müddət AzTV-də çalışıb. modern
İnterpress.az