İnterpress.az xəbər verir ki, ekspertlər yeni hərəkatın Radaya düşmək şanslarının yüksək olduğunu deyib.
“Saakaşvilinin reytinqinin 2 dəfə azalmasına baxmayaraq partiyasının parlamentə daxil olması ehtimalı yüksəkdir. Əslində bu prezident Pyotr Poroşenkoya qarşı açıq çıxışdır”- deyə politoloq Ruslan Bortnik deyib.
Ekspertin fikrincə, Saakaşvili siyasi mübarizəyə qoşularaq Poroşenkoya qarşı çıxıb.
“İndi Saakaşvili Poroşenkonu şantaj edir”.
Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də Odessa vilayətinin qubernatoru postundan istefa verib. O, prezident Pyotr Poroşenkonu kriminal klanlara himayədarlıqda ittiham etmişdi və yeni siyasi hərəkat yaradacağını elan etmişdi. (modern.az)
İnterpress.az