İran, Rusiya və Azərbaycanın üçtərəfli əməkdaşlıq formatı genişləndirilə bilər.
Interpress.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.
“Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü 2017-ci ildə Tehranda baş tutacaq. Bu format üçtərəfli inkişafa xidmət edir. Hesab edirəm ki, bu format digər ölkə prezidentlərinin hesabına genişləndirilə bilər”.
Üçtərəfli sammitin ilk iclası bu il avqustun 8-də Bakıda keçirilmişdi.
Interpress.az