İnterpress.az xəbər verir ki, bu gün ölkədə idarə və mətbuat qurumları bağlanıb.
Qərara uyğun olaraq aşağıdakı dövlət orqanlarında bu sayda əməkdaşlar işdən çıxarılıb:
– Daxili İşlər Nazirliyi və tabe qurumlarda 2696;
– Ali Təhsil Qurumunda (YÖK) 1184;
– Səhiyyə Nazirliyində 752;
– Maliyyə Nazirliyində 526;
– Ailə və Sosial Siyasət Nazirliyində 131;
– Milli Təhsil Nazirliyində 119;
– Dini İşlər Nazirliyində 94;
– Enerji və Təbii Sərvətlər Nazirliyində 73;
– Meşə və Su Təsərrüfatı Nazirliyində 52;
– TRT-də 45;
– Milli Müdafiə Nazirliyində 23;
– Hakimlər və Prokurorlar Ali Qurumunda (HSYK) 15;
– Fövqəladə Hallar İdarə edilməsi Nazirliyində (AFAD) 14;
– Gənclər və İdman Nazirliyində 13;
– Mədəniyyət və Turizm Nazirliyində 11;
– Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyində (TİKA) 1 nəfər olmaqla, cəmi 5749 işçi vəzifələrindən azad edilib.
375 dərnək və 9 mətbuat-yayım qurumu bağlanıb. Əvvəl vəzifəsindən azad edilən 157 nəfər isə işinə bərpa edilib. (modern.az)
İnterpress.az