Texniki baxışdan keçmə müddətinin bitməsinə baxmayarq, idarə etdiyi nəqliyyat vasitəsini könüllü şəkildə Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim edənlər inzibati məsuliyyətə cəlb olunmayacaq:
Bunu İnterpress.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
\”Həmin yerdə fasiləsiz olaraq avtomobillərə baxış keçirilir və texniki cəhətdən saz olan avtomobillərə birka verilir. Ancaq yolda saxlanılsa, güzəşt olunmur. Bölmə rəisi əlavə edib ki, noyabrın 1-dən avtomobillərin növündən və markasından asılı olmayaraq texniki baxış müddəti bitib. Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunublar”.
Gülşanə Mustafayeva
İnterpress.az