İnterpress.az \”RT Russiya\”-ya istinadən xəbər verir ki, T.Qabbardıninin Donald Tramp administrasiyasında müxtəlif vəzifələrə namizədliyinə ciddi şəkildə baxılır. Mümkün vəzifələr arasında dövlət katibi, müdafiə naziri və ya ABŞ-ın BMT-dəki daimi nümayəndəsi göstərilir.
Xatırladaq ki, T.Qabbard bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsədin və onun hökumətinin devrilməsi Liviya və İraq ssenarilərinin təkrarlanmasına və İŞİD terror qruplaşmasının mövqelərinin möhkəmlənməsinə səbəb olacaq.
Qeyd olunur ki, Nyu-Yorkda D.Trampla T.Qabbardın arasında uğurlu görüş keçirilib.
İnterpress.az