İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin (NSS) əməkdaşının sözlərinə görə, 44 yaşlı Gülnarə Kərimova zəhərlənib və noyabrın 5-də vəfat edib. O, öldüyü gün gecə vaxtı Daşkənddə \”Minor” adlı qəbiristanlıqda basdırılıb.
Mənbənin sözlərinə görə, o, şəxsən Gülnarə Kərimovanın dəfnində iştirak edib.
O, Gülnarənin uşaqları – qızı İman və oğlu İslamın acınacaqlı vəziyyətdə olduğu üçün kimliyini gizli saxlamaqla açıqlama verməyi qərara alıb.
İnterpress.az