Bu haqda İnterpress.az-a Bakı Nəqliyyat Agentliyi İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.
O deyib ki, bununla bağlı daşıyıcı şirkətlərə tapşırıq verilib:
“Daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb. Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücülərı metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər.
Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinin yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb”.
İnterpress.az