İstanbulda Azərbaycan vətəndaşı və kamikadzelər  saxlanılıbbackend

İstanbulda Azərbaycan vətəndaşı və kamikadzelər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saxlanılanların Özbəkistan və Tacikistan vətəndaşı olduğu bildirilir.

Xəbərə görə, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Kəşfiyyat və terrorla mübarizə şöbəsinin əməkdaşları Suriyada kamikadze təlimi alaraq İstanbulda partlayış törətməyə gələn İŞİD üzvləri ilə bağlı gizli məlumat alıb. Məlumat üzrə araşdırmalara başlayan xüsusi xidmət orqanları terrorçuların ünvanlarını müəyyənləşdiriblər.Məhkəmə artıq onlar barəsində həbs qətimkan tədbiri seçib.

Terrorçu kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə Özbəkistan və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilir. Sonuncuların ölkədən deportasiya ediləcəyi gözlənilir.

Saxlanılanların kimliyi açıqlanmır. ( aznews.az )

İnterpress.az