Oğlunu xilas edən ana qatarın altında qaldıbackend

Oğlunu xilas edən ana qatarın altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, ana və 5 yaşlı oğlu platformada qatarın yolunu gözləyirlərmiş.
Qəflətən relslərin arasına pişik düşür, uşaq ona yardım etmək üçün yanına yaxınlaşır.
Bu zaman \”Belgorod – Moskva\” qatarı 99 km/saat sürətlə Proxorovka stansiyasına gəlib.
Qadın oğlunu xilas etmək üçün özünü relslərin üstünə atıb. O, yerindəcə dünyasını dəyişib.
Uşaq relslərin arasından çıxa bilib. Hal-hazırda uşağın psixoloji vəziyyəti ağır olaraq qalır.

İnterpress.az