Bu barədə İnterpress.az-a BNA-nin İctimai əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.
Şöbə müdiri bildirib ki, ilk növbədə sürücünün VÖEN-i olmalıdır:
“Sürücü VÖEN-lə birgə istənilən müvafiq bank şöbəsinə yaxınlaşaraq orda 114321 təsnifat koduna müvafiq 18 AZN dəyərində olan rüsumu ödəyir. Bu zaman göstərilən bank xidmətinə görə əlavə 40 qəpik ödənilməsi də tələb olunur. Ödənişi təsdiq edən qəbz, VÖEN, texpasport, varsa etibarnamə və yaxud lizinq sənədləri ilə birlikdə sürücü Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinə yaxınlaşır. Orada hec bir məbləğ ödəmədən həmin anda \”Fərqlənmə Nişanı\” nı əldə edir.
“Fərqlənmə nişanı” almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görüləcəkdir.
Qeyd edək ki, VÖEN Vergilər Nazirliyində və ya ASAN xidmətin vergi bölməsində tək şəxsiyyət vəsiqəsi ilə heç bir ödəniş edilmədən alınır.
Gülşanə Mustafayeva
İnterpress.az