İnterpress.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.
Layihənin “4.5.3. Təhsilin inkişafının prioritetləri” adlanan fəslində bildirilir ki, Azərbaycanda texniki-peşə təhsili üzrə yeni kurikulum, yeni ixtisas təsnifatı hazırlanaraq tətbiq olunacaq.
“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.
İnterpress.az