Aptek sahiblərinə məhdudiyyətbackend

Aptek sahiblərinə məhdudiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərmana əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Aytən Mustafayeva AzNews.az-a bildirib ki, bu fərmandan sonra aptek sahibləri dərman preparatlarını istədikləri qiymətə sata bilməyəcəklər:

“Prezident çıxışları zamanı dəfərlə bilidirib ki, bu, vətəndaşların hüquqlarıdır. Dərmanların pərakəndə və fərqli qiymətə satışı vətəndaşlar üçün çətinlik yaradır. Onlar öz xəstəliklərini müalicə etmək üçün əl çatan qiymətə dərman almaq istəyirlər. Təbii ki, bu sosial məsələdir, insanların hüquqlarının müdafiəsidir. Düşünürəm ki, bu fərman hamının ürəyincə oldu. Hamımız bir dərmanın fərqli qiymətlərə satışını görmüşük. Hərə dərmanı istədiyi qiymətə satır. Bütün şəhəri gəzmək və qiymətin ən ucuzunu tapmaq qeyri-mümkündür. Bu insanların aldadılması ilə nəticələnirdi.”

A.Mustafayeva qeyd edib ki, qanunvericilik bundan sonra dərmanların fərqli qiymətə satışı ilə bağlı tədbirlərin görülməsini əsas verir:

“Daha aptek sahibləri hüquqi məsuliyyət daşıyır”.

İnterpess.az