Aksiyanın əsas məqsədi “Sağlam Gələcək” layihəsi çərçivəsində şagirdlərin gözlərini pulsuz müayinə etməkdən ibarətdir.
“Atəşgah” Sığorta Şirkəti və “Avrasiya” Hospitalının birgə təşkilatçılığı ilə təşkil edilən xeyriyyə aksiyası çərçivəsində şagirdlərin gözləri müayinə olunub, onlara müvafiq
məsləhətlər verilib. Şagirdləri müayinə edərkən onları maraqlandıran suallar da ətraflı şəkildə cavablandırılıb.
Sonda 130 nömrəli məktəbin direktoru Ağasəid Orucov belə xeyriyyə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkətinin 20 illiyi ilə əlaqədar məktəbdə keçirilən xeyriyyə aksiyası sabah da davam edəcək.
İntepress.az