İnterpress.az \”BBC\”-yə istinadən xəbər verir ki, heyvanlarla pis rəftarın qarşısını almaq üçün fəaliyyət göstərən \”Royal Society for Prevention of Cruelty to Animals\” (RSPCA) nümayəndələri 2015-ci ilin sentyabr ayında Avstraliyanın cənubunda yerləşən evə keçirdikləri reyd zamanı 13 ölü və 1 zəif, amma sağ qalmış pişik aşkar ediblər.
Pişiklərin sahibi, 43 yaşlı qadına evdə heyvan saxlamaq qadağan edilib və ona 12 ay ərzində bir daha qanunu pozduğu halda cərimə ödəmək cəzası verilib.
RSPCA-nın cənubi Avstraliya müstəntiqi Andrea Levis hadisənin təşkilat işçiləri üçün çox ürək ağrıdıcı olduğunu deyib.
\”Onlar çox qorxulu şeylər gördülər və bunun təsiri onlarda uzun bir müddət qalacaq\”.
RSPCA tərəfindən çəkilən videoda evin darmadağın və heyvan nəcisi içində olduğu görünür.
Bir an, müstəntiqlərdə biri soruşur ki, \”bu ölü pişiyi digər pişiklər yeyib?\”
Başqa müstəntiq ona \”bəli, başqa bir neçəsi var\”, cavab verir.
Andrea Levis deyir ki, \”insanlar heyvanları heç bir halda tək buraxmamalıdır. Heyvanlara yaxşı baxmaq hər kəsin qanuni öhdəliyidir.\”
Trooper adlı sağ qalmış pişik artıq sağalıb və Adelaide şəhərində yeni sahibləri ilə yaşayır.
\”O yaxşıca sağalıb\”, xanım Levis deyib və əlavə edib ki, Trooper yeni \”ailəsinin dərindən sevilən üzvüdür\”.
İnterpress.az