İnterpress.az xəbər verir ki, Şanxay şəhərində keçirilən “Bir yol – bir zolaq” adlı beynəlxalq konfransda çıxış edən N. Müzəffərli beynəlxalq sərnişin və yük daşımaçılığında Azərbaycanın oynadığı və gələcəkdə oynaya biləcəyi rol haqqında, ölkələrarası nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda gerçəkləşdirilən infrastruktur layihələri barəsində ətraflı məlumat verib.
Konfransda Çindən, Mərkəzi Asiya dövlətlərindən, Rusiyadan və Azərbaycandan olan alim və tədqiqatçılarla yanaşı, ÇXR-nın rəsmi dövlət və hökumət nümayəndələri də iştirak edib. (apa)
İnterpress.az