İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Rusiya XİN başçısının Alaniya şəhərində keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun V iclasında iştirak edəcəyini söyləyib: \”Lavrovun səfəri zamanı aktual beynəlxalq problemlər, o cümədən Suriya münaqişəsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq\”.
M. Zaxarova Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun iclasının ötən ilin noyabrın 24-də Suriya səmasında Rusiya hərbi təyyarəsinin vurulmasından sonra ilk dəfə keçirildiyini vurğulayıb.
İnterpress.az