İki uşaq anası dəm qazından zəhərlənərək ölübbackend

İki uşaq anası dəm qazından zəhərlənərək ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə saat 04.00 radələrində Şəki şəhərində baş verib.

1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin hamam otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış həkimin müayinəsi zamanı A. Əliməmmədovanın öldüyü müəyyən olunub.

İlkin ehtimala görə, A. Əliməmmədova dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

İnterpress.az