İnterpress.az \”Report\”a istinadən bildirir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Hidayət-Zadənin apellyasiya şikayəti təmin edilməyib, birinci istnasiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, İ.Hidayət-Zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb.
“İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-Zadə \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İ.Hidayət-Zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.
Xatırladaq ki, İ.Hidayət-Zadə \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.
İnterpress.az