İstanbulda İŞİD əməliyyatıbackend

İstanbulda İŞİD əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, İŞİD-lə əlaqəsi olan 11 xarici ölkə vətəndaşı həbs edilib.
Terrorla mübarizə idarəsinə daxil olan kəşfiyyat məlumatından sonra hərəkətə keçən polislər bir neçə gün İskenderpaşa məhəlləsində bəzi ünvanlara güclü nəzarət ediblər. Belə ki, həmin ünvanların yaxınlığına mülki geyimli polislər və kameralar yerləşdirilib. 27 noyabr axşam saatlarında isə həmin evlərə polis basqını təşkil edilib.

Nəticədə İŞİD-lə əlaqəsi olan 11 xarici ölkə vətəndaşı saxlanılaraq polis idarəsinə gətirilib.

İnterpress.az