ABŞ BƏƏ-ni əsas müdafiə tərəfdaşı kimi tanıyıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Bayden və BƏƏ-dən olan həmkarı Əl-Nəhyanın birgə bəyanatında deyilir.
Bildirilir ki, Birləşmiş Ştatlar BƏƏ-ni Yaxın Şərq, Şərqi Afrika və Hind okeanında təhlükəsizliyi gücləndirmək üçün əsas müdafiə tərəfdaşı kimi tanıyıb.
Bəyanatda qeyd olunduğu kimi, iki ölkə liderləri silahlı qüvvələr arasında sıx və sabit əməkdaşlığı davam etdirəcəklərinə söz veriblər.
Xuraman Etibarlı
İnterpress.az