ABŞ-ın Cənubi Karolina ştatında hərəkət edən avtomobil “İdalia” qasırğasının təsiri ilə aşıb və digər avtomobilə çırpılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ prezidenti Co Bayden Cənubi Karolina ştatında fövqəladə vəziyyət elan edib.
ABŞ-da təsirli olan “İdalia” qasırğası həyatı iflic edib.
Cənubi Karolina ştatının Goose Creek şəhərində magistral yolda hərəkət edən avtomobil qasırğanın gücü ilə aşıb. Daha sonra avtomobil digər avtomobillə toqquşub.
Qasırğa səbəbindən Corciyada təxminən 107 min ev, Şimali Karolinada 33 min və Cənubi Karolinada 23 min ev işıqsız qalıb.
ABŞ prezidenti Co Bayden Cənubi Karolina ştatında fövqəladə vəziyyət elan edib. Bu, ştata federal yardım üçün yol açıb.