ABŞ pasportlarda cinsiyyətin dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmasını dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.
Birləşmiş Ştatlar pasportlarda cinsiyyətin dəyişdirilməsi və “gender” sütununda “X” işarəsi olan pasportların yenidən rəsmiləşdirilməsi ilə bağlı müraciətlərə baxılmasını dayandırıb.
Məlumata görə, yeni dövlət katibi Marko Rubio işçi heyətinə məktub göndərərək, ABŞ siyasətinə görə vətəndaşın cinsinin (artıq cinsiyyətinin) dəyişdirilə bilməyəcəyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az