ABŞ Hərbi Dəniz Qüvvələri gözlənilməz hərbi xərclərlə üzləşib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə ilə bağlı böhranın Yaxın Şərqdəki hərbi əməliyyatlarla əlaqədar yarandığı bildirilir.
Məlumata görə, gözlənilməz xarici hərbi xərcləri qarşılamaq üçün əməkhaqqı fonduna ayrılmış vəsaitdən istifadə edilib.
İndi isə həmin fondakı maliyyə çatışmazlığının aradan qaldırılması üçün infrastrukturun təmiri və digər işlərə ayrılmış vəsaitlərdən istifadə olunur.
Qəzet yazır ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 2026-cı il büdcəsi gözlənilməz hərbi əməliyyatla bağlı əlavə xərcləri nəzərə almayıb.
Nəticədə maliyyə çatışmazlığının yaranması hərbi qurum daxilində büdcə təzyiqini artırıb.
Xuraman Etibarlı
İnterpress.az






