ABŞ Ukraynaya qoşun göndərir? – 1 milyardlıq silah yardımı çatdı – VİDEObackend

ABŞ Ukraynaya qoşun göndərir? – 1 milyardlıq silah yardımı çatdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya silah yardımının ilk partiyasını çatdırıb.

İnterpress.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

“Bu 800 milyon dollarlıq yardıma aiddir. Bu gün regiona ilk reys yerinə yetirilib. İlk partiya yola salınıb”, – deyə Pentaqon rəsmisi dəqiqləşdirib.

ABŞ Prezidenti Co Bayden amerikalı hərbçilərin Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə biləcəyinə eyham vurub. 

“İnterpress.az” Ukraynanın “Teleqraf” nəşrinə istinadən xəbər verir ki, Co Bayden bu barədə Polşada ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbçilərinin önündə çıxış edərkən danışıb.

Belə ki, amerikalı hərbçilərlə Ukrayna və ukraynalılar barədə danışan Bayden bunları söyləyib: “Orada olduqda hər şeyi özünüz görəcəksiniz”.

Baydenin bu çıxışı sosial şəbəkələrdə və həm Rusiya, həm də Ukrayna mediasında müzakirələrə və anlaşılmazlığa səbəb olub.

ABŞ Prezidenti Co Bayden bir daha rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar” hesab etdiyini bildirib.

“İnterpresa.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden bu barədə Polşa-Ukrayna sərhədinə səfəri zamanı danışıb.

Baydenin sözlərinə görə, onun şəxsi fikri formal hüquqi qiymətləndirmədən fərqlənməyəcək.

Xatırladaq ki, Co Bayden bir müddət əvvəl də rusiyalı həmkarı Vladimir Putini “hərbi cinayətkar” adlandırmışdı.