Ağ Evin qarşısında Donald Trampın çıxışı zamanı atışma baş verib, təcavüzkar zərərsizləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Gizli Xidməti (Secret Service) məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı Ağ Evin yaxınlığında atışma baş verib. Hadisə ilə bağlı yaxınlıqdakı küçələr dərhal təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
ABŞ Gizli Xidmətinin yaydığı məlumata görə, hücum edən şəxs xüsusi xidmət orqanları tərəfindən açılan atəş nəticəsində yerindəcə məhv edilib.
Bu, son bir ay ərzində baş verən ikinci belə insidentdir.
Xatırladaq ki, aprelin sonunda Trampın müxbirlərlə nahar etdiyi “Washington Hilton” otelində də atışma səsləri eşidilmişdi.

Xuraman Etibarlı
İnterpress.az






