Futbolda “F-16” ŞOKU: “Konyaspor” azarkeşi general vəzifəsindən QOVULDU – VİDEObackend

Futbolda “F-16” ŞOKU: “Konyaspor” azarkeşi general vəzifəsindən QOVULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli general rəqibləri qorxutmaq üçün futbol stadionu üzərində qırıcı uçurub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Kuboku çərçivəsində keçirilən “Konyaspor” və “Fənərbağça” matçı zamanı stadion üzərində maraqlı və narahatedici anlar yaşanıb.

Oyun zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları stadionun üzərindən aşağı hündürlükdə uçuş həyata keçirib. Mühərriklərin uğultusu canlı yayımda aydın şəkildə eşidilib.

Yerli KİV-lərin yaydığı məlumata görə, uçuşları “Konyaspor” azarkeşi olduğu bilinən Türkiyə HHQ-nin generalı Mete Kuş təşkil edib. Onun bu addımı rəqib komandaya psixoloji təzyiq göstərmək məqsədi daşıyıb.

Matç “Konyaspor”un 1:0 hesablı qələbəsi ilə başa çatsa da, insidentin nəticələri ağır olub.

Mete Kuş hadisədən qısa müddət sonra vəzifəsindən kənarlaşdırılıb və Ankaradakı HHQ qərargahına təyin edilib.

Türkiyə mediası bu dəyişikliyi generalın vəzifəsinin aşağı salınması kimi qiymətləndirib.

Qeyd edək ki, o, daha əvvəl Konya şəhərindəki aviabazaya rəhbərlik edirdi.

Xuraman Etibarlı

İnterpress.az