Moskva dairəvi yolunda zəncirvari qəzada 14 avtomobil toqquşub.
İnterpress.az xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamentinin “Telegram” kanalı məlumat yayıb.
Moskva dairəvi avtomobil yolunda (MKAD) yük maşınının əyləc sisteminin sıradan çıxması kütləvi yol qəzasına səbəb olub.
Hadisə zamanı ümumilikdə 14 avtomobil toqquşub.
Qəza nəticəsində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Rusiya Dövlət Yol Polisinin (QAİ) verdiyi məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az






