Hörmüz boğazında “YAŞIL İŞIQ” – ABŞ hərbçiləri İran hədəflərini VURACAQbackend

Hörmüz boğazında “YAŞIL İŞIQ” – ABŞ hərbçiləri İran hədəflərini VURACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçiləri Hörmüz boğazında gəmilərə təhdid yaranarsa, İran hədəflərini vurmaq səlahiyyəti alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

ABŞ hərbçilərinə Hörmüz boğazında gəmiçilik üçün təhlükə yarandığı təqdirdə cavab tədbirləri görmək səlahiyyəti verilib.

Jurnalistlərin verdiyi məlumata görə, ABŞ qüvvələri mina yerləşdirilməsi və ya digər düşmənçilik əməlləri zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qayıqlarına və İranın raket mövqelərinə qarşı zərbələr endirmək hüququna sahib olublar.

Xuraman Etibarlı

İnterpress.az