Şavkat Mirziyoyevdən tarixi TƏŞƏBBÜS: “Mərkəzi Asiya Turizm Həlqəsi” YARADILACAQbackend

Şavkat Mirziyoyevdən tarixi TƏŞƏBBÜS: “Mərkəzi Asiya Turizm Həlqəsi” YARADILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Prezidenti Mərkəzi Asiya ölkələri üçün vahid turizm məkanının yaradılmasını təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezident Administrasiyası məlumat yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev region ölkələrini vahid turizm məkanında — “Mərkəzi Asiya Turizm Həlqəsi”ndə birləşdirmək təşəbbüsü ilə çıxış edib.

Prezident bu təklifini Səmərqənddə keçirilən Asiya İnkişaf Bankının (AİB) rəhbərlərinin iclasında səsləndirib.

Mirziyoyevin sözlərinə görə, dünyada müşahidə olunan qlobal qeyri-sabitlik fonunda təhlükəsiz istiqamətlərə tələbat durmadan artır və Mərkəzi Asiya bu baxımdan dünyanın ən cəlbedici turizm qovşağlarından (hab) birinə çevrilə bilər.

Xuraman Etibarlı

İnterpress.az