Bir ailənin FACİƏVİ SONLUĞU: Nənə, ana və 3 yaşlı uşağın meyiti TAPILDIbackend

Bir ailənin FACİƏVİ SONLUĞU: Nənə, ana və 3 yaşlı uşağın meyiti TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalininqradda bir binanın altından üç nəfərin meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kalininqrad şəhərində yaşayış binasının altında üç nəfərin — 70 yaşlı qadının, onun 41 yaşlı qızının və 3 yaşlı nəvəsinin meyitləri aşkar edilib.

Hadisə yerində aparılan araşdırmalar zamanı ölümdən əvvəl yazılmış məktub (vida məktubu) tapılıb.

Məlumata görə, ailə doqquzuncu mərtəbədə bir mənzil kirayələyib. Həmin mənzildə təqaüdçü çətin həyatdan və pul çatışmazlığından şikayətlənib.

İlkin məlumatlara görə, qadın və qızının ruhi sağlamlıq problemləri olub.

Bir fərziyyəyə görə, əvvəlcə uşaq pəncərədən yıxılıb, sonra isə hər iki qadın intihar edib.

Kalininqrad vilayəti üzrə İstintaq Komitəsi hadisə yerində işləyir. Bütün hallar araşdırılır. Cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az