Maqadan vilayətindəki mədəndə dağıntılar altında qalan 8 fəhlənin hamısı ölü tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiyanın Maqadan vilayətində yerləşən kömür mədənində ağır faciə yaşanıb. Baş verən uçqun nəticəsində 8 nəfər dağıntılar altında qalmışdı.
Xilasedicilər tərəfindən dərhal hadisə yerinə əməliyyat qrupları cəlb edilib.
Axtarış-xilasetmə işlərinin yekun nəticəsinə görə, dağıntılar altında qalan hər 8 fəhlənin cəsədi tapılıb. Bununla da, xilasetmə əməliyyatı başa çatıb.
Xatırladaq ki, aprelin 30-da Maqadan bölgəsindəki Kadıkçanski açıq kömür mədənində sel nəticəsində qaya kütləsi uçqunu baş verib.
Xuraman Etibarlı
İnterpress.az






