Omanda çimərlik QIRMIZIYA BOYANDI: Minlərlə karides TƏLƏF OLDU – VİDEObackend

Omanda çimərlik QIRMIZIYA BOYANDI: Minlərlə karides TƏLƏF OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omanda çimərlik qırmızıya boyanıb, minlərlə karides sahilə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Muscat Daily” qəzeti məlumat yayıb.

Omanda təbiət hadisəsi müşahidə olunub. Sahilə minlərlə ölən karidesin (krevetin) vurulması nəticəsində çimərlik qırmızı rəngə boyanıb.

Oman Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir ki, karideslərin kütləvi şəkildə tələf olması təbii amillərlə bağlıdır.

İlkin ehtimallara görə, buna suyun temperaturunda baş verən kəskin dəyişikliklər, oksigen səviyyəsinin azalması və okean cərəyanlarındakı qeyri-sabitlik səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az