13 nəfərin olduğu iki qayıq TOQQUŞDUbackend

13 nəfərin olduğu iki qayıq TOQQUŞDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoqorskda iki qayıq toqquşub.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskva vilayətinin Krasnoqorsk şəhərində iki qayığın toqquşması ilə nəticələnən qəza baş verib.

Məlumata görə, qayıqlarda ümumilikdə 13 nəfər olub və onların arasında 7 uşaq da var.

Hadisə yerinə operativ xidmət əməkdaşları cəlb olunub. Xilasetmə əməliyyatı nəticəsində suda olan bütün şəxslər sahilə çıxarılıb.

Rəsmi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az