Ağsuda 300 hektar ərazini əhatə edən yanğın söndürüldü – VİDEObackend

Ağsuda 300 hektar ərazini əhatə edən yanğın söndürüldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürmə əməliyyatlarında nazirliyin müvafiq yanğın-xilasetmə qüvvələri və aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.

Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.