Aİ səfərbərliyə cəlb oluna bilən Ukrayna vətəndaşlarının birliyə girişini qadağan edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Avropa İttifaqı Ukraynada səfərbərliyə cəlb oluna biləcək vətəndaşların birliyə daxil olmasına qadağa qoymağı planlaşdırır. Müvafiq direktiv qərarın artıq bu ay ərzində imzalana biləcəyi, yeni məhdudiyyətin isə 2027-ci ilin yazından etibarən qüvvəyə minəcəyi gözlənilir.
Yeni qaydalara əsasən, Ukrayna vətəndaşları Aİ ölkələrinə daxil olmaq və orada müvəqqəti sığınacaq almaq üçün öz ölkələrində səfərbərlikdən azad olunduqlarını sübut edən rəsmi arayış təqdim etməlidirlər.
Məlumata görə, bu tələb eyni zamanda qadınlara da şamil ediləcək. Səfərbərlikdən azad olunma barədə lazımi sənədi təqdim etməyən şəxslərin Aİ ərazisində müvəqqəti sığınacaq və yaşayış statusu almaq hüququ olmayacaq.
Bu qərarın Ukraynadan hərbi xidmətdən qaçanların sayını azaltmaq məqsədilə qəbul edildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






