Ali Məhkəmədə ədalət mühakiməsi rəmzlərinin sərgisi keçiriləcəkbackend

Ali Məhkəmədə ədalət mühakiməsi rəmzlərinin sərgisi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçiriləcək.

Bu barədə İnterpress.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Ali Məhkəmənin inzibati binasında təşkil olunacaq sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunacaq.

Qeyd edək ki, 25-27 oktyabr tarixlərində təşkil ediləcək sərgidə iştirak ödənişsizdir. Arzu edən hər kəs qeyd edilən tarixlərdə 10:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək şəxsiyyəti vəsiqəsi ilə Ali Məhkəmənin inzibati binasına (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 26) yaxınlaşa bilər.