Almaniyada avtobus şosedə aşıbbackend

Almaniyada avtobus şosedə aşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Leypsiq şəhərində avtobus şosedə aşıb. Qəza nəticəsində 4 nəfər ölüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

20-dən çox adam yaralanıb.Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş.
Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub.

Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlum səbəbdən aşıb.
Magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar, habelə təcili tibbi yardım helikopteri göndərilib.

Almaniya mətbuatı qəzada 4 nəfərin öldüyünü yazıb.

Polis 20-dən çox insanın yaralandığını açıqlayıb.